
Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan
Neftçala Sənaye Məhəlləsinin rezidenti “KƏHF” MMC tərəfindən
2022-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla Özbəkistana və
Qırğız Respublikasına 1200 tondan çox balıq yemi məhsulu ixrac
edilib.
Bu barədə Trend
İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Bu, həm də Azərbaycanın Özbəkistana və Qırğız Respublikasına
balıq yem istehsalı sahəsində ilk məhsul ixracıdır. Həmçinin,
şirkət tərəfindən hazırda İraqa və Qazaxıstana balıq yemi
məhsulunun ixracı istiqamətində də danışıqlar aparılır.
İnvestisiya həcmi 12 milyon manatdan çox olan müəssisə
Azərbaycanda balıq yemi istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur.
Avstriya və Türkiyənin qabaqcıl texnologiyaları ilə təchiz edilmiş
müəssisənin illik gücü 35 min ton balıq yemi, 10 min ton isə heyvan
yemi istehsalı təşkil edir. Zavodda 20 nəfərdən çox daimi iş yeri
yaradılıb.
Qeyd olunub ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən
müəssisəyə 5,9 milyon manatlıq güzəştli kredit ayrılıb.