
Bakı. Trend:
Birinci yarımildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin
həcmi 16 milyon tonu ötüb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Bildirilib ki, cari ilin yanvar-iyun aylarında nəqliyyat
dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 7120,1 min ton, dəniz
nəqliyyatı ilə 3752,2 min ton və avtomobil nəqliyyatı ilə 5307,7
min ton yük daşınıb.
Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8300,8
min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə
4088,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4690,5 min ton,
Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2930,4 min ton, Cənub-Qərb
nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 258,2 min ton
təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 45,8 faizini,
avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz
nəqliyyatı ilə daşınmış yüklərin 95,1 faizini tranzit yüklər təşkil
edib.