Dövlət əmlakının özəlləşdirilmə və icarəsindən büdcəyə təxminən 113 milyon manat ödənilib

İqtisadiyyat

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin
yanvar-iyul ayları ərzində özəlləşdirmə və icarədən dövlət
büdcəsinə 112,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barərə Trend Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən
xəbər verir.

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində
işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən
2025-ci ilin yanvar-iyul ayları ərzində 26 hərrac keçirilib.
Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət
müəssisəsi, 500 nəqliyyat vasitəsi özəlləşdirilib.




Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət
büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul
ayları ərzində 406-sı qeyri-yaşayış, 2.068-i torpaq sahələri üzrə
olmaqla 2.474 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü
ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq
sahələrinin) icarəsindən dövlət büdcəsinə 26,9 milyon manat
vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət
əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə
112,9 milyon manat vəsait daxil olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir