
Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində yük və sərnişin daşımaları
əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6 faiz və 5
faiz artıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri
tərəfindən 136,9 milyon ton yük daşınıb.
Yüklərin 3,9 faizi dəniz, 7,2 faizi dəmir yolu, 0,2 faizi hava,
60,6 faizi avtomobil nəqliyyatı, 28,1 faizi isə boru kəməri ilə
daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış
yüklərin həcmi 4,1 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu
sektorun xüsusi çəkisi 79,4 faiz təşkil edib.
2025-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1187,7 milyon
sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,6 faizi avtomobil
nəqliyyatı, 10,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat
növləri ilə daşınıb.