Hava nəqliyyatı ilə sərnişin daşımaları artıb yük daşımaları isə azalıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 2,3 milyon
sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə
nisbətən 2,7 faiz çoxdur.




Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə
məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Bu nəqliyyat növü ilə yükdaşıma 4,2 faiz azalaraq 223,5 min ton
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir