
Bakı. Trend:
Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyul aylarında daşınmış
yüklərin həcmi 5,4 milyon ton təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə
nisbətən 10 faiz artıb.
Yüklərin 48,2 faizini neft yükləri təşkil edib.
Dəniz limanları tərəfindən 7,9 milyon ton həcmində
yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6,4 milyon
tonunu və ya 80,9 faizini tranzit yüklər təşkil edib.
2025-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan
yüklərin həcmi 338,6 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı
2024-cü ilin müvafiq dövrünə nisbətən 5,7 faiz azalaraq 14,8 min
nəfər olub.

