Dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşımalarının dinamikası açıqlanıb

İqtisadiyyat

Bakı. Trend:

Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyul aylarında 9,8
milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 9,5% azdır.




Eyni zamanda, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 5,5
milyon sərnişin daşınıb.

Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,1% artım
deməkdir.