Birinci yarımildə balıqların artırılmasına 446 min manat xərclənib

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin birinci yarısında vətəgə əhəmiyyətli balıqların
artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 446,1 min
manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox
vəsait sərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.




Məlumata görə, bu vəsaitin 78,6 faizi süni balıqartırma
müəssisələrinin fəaliyyətinə, 21,4 faizi isə balıqçılıq
təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi
işlərinə xərclənib.

Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə
məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və
anbarlarına buraxılan 2,7 milyon ədəd balıq körpələrinin 2,4 milyon
ədədi çəkikimilər, 308,1 min ədədi nərəkimilər, 17,0 min ədədi
qızıl balıqlar olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir