
Bakı. Trend:
Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının
istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul aylarında 705,5
milyon manatlıq məhsul istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır
metal məmulatlarının istehsalı sahəsində 10,4 faiz, metallurgiya
sənayesi məhsullarının istehsalında isə 12 faiz azalma müşahidə
olunub.
2025-сi ilin yanvar-iyul aylarında metallurgiya sənayesi üzrə
armatur istehsalı 12,8 faiz, polad tökmə istehsalı 21,8 faiz, mis
məftil istehsalı 89,7 faiz, hazır metal məmulatlarının istehsalı
sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 32,1 faiz
azalıb.