Azərbaycanda neft məhsullarının istehsalı artıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı
sahəsində istehsalın ümumi dəyəri 3,1 milyard manat təşkil
edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.




Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 1,4 faiz artıb.

Neft məhsullarından ağ neft istehsalı 10,6 faiz, qazoylların
(dizel yanacağının) istehsalı 3,9 faiz, neft koksunun istehsalı 5,8
faiz artıb, avtomobil benzini istehsalı 3,8 faiz, sürtkü yağları
istehsalı isə 42,2 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir