Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi
ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 782,9 milyon
manat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.




Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 5,8 faiz azalıb.

Dövr ərzində sementin istehsalı 3,2 faiz, betonun istehsalı 6,3
faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatlarının
istehsalı 11,7 faiz, asfaltın istehsalı 29 faiz, əhəngin istehsalı
isə 32,4 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir