Azərbaycanda emal sənayesi üzrə məhsul istehsalı 12 milyard manata yaxınlaşıb

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycanın emal sənayesində 2025-ci ilin yanvar-iyul aylarında
11,7 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli
xidmətlər göstərilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.




Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının
istehsalında 10,6 faiz, tütün məmulatlarının istehsalında isə 8,1
faiz artım, içki istehsalında isə 1,2 faiz azalma müşahidə
olunub.

Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının
istehsalı 2,6 dəfə, şəkər, qənd istehsalı 25,9 faiz artmış, araq
istehsalı 2,8 faiz, meyvə-tərəvəz konservləri isə 0,6 faiz
azalıb.