
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında xarici maliyyə mənbələrindən əsas
kapitala 2,313 milyard manat məbləğində investisiya edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən
33,1% artıb.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların
1,665 milyard manatı neft-qaz sektoru, 648,2 milyon manatı isə
qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk
yeddi ayındakı göstərici ilə müqayisədə xarici maliyyə
mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına
yönəldilmiş investisiyaların həcmi 14,3%, qeyri-neft-qaz sektoru
üzrə isə 2,3 dəfə artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 9911,8 milyon manat və ya 2024-cü ilin
müvafiq dövrüilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi
isə 15 faiz artıb.
Ümumi sərmayənin 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul
istehsalı sahələrinin, 3335,2 milyon manatı (33,7 faizi) xidmət
sahələrinin, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış
evlərinin tikintisinin payına düşüb.