
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 16,033 milyon ton
əmtəəlik xam neft (qaz kondensatı daxil olmaqla) istehsal
edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə
müqayisədə 916,4 min ton, yaxud da 5,4% azalıb.
Qeyd edək ki, hesabat dövründə mədənçıxarma sənayesində
istehsalın ümumi dəyəri 22,5 milyard manat olmaqla, əvvəlki ilin
müvafiq dövrünə nisbətən 3,3 faiz azalıb.