
Bakı. Trend:
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA)
son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft
hasilatı 0,54 milyon barel təşkil edəcək.
Trend-in məlumatına görə, ölkədə xam neft hasilatı üzrə proqnoz
əvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişməz qalıb.
2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,55 milyon barrelə
başlaması, ikinci rübdə 0,54 milyon barrelə enməsi, daha sonra
üçüncü və dördüncü rüblərdə 0,53 milyon barrelə enəcəyi
gözlənilir.
2025-ci il üçün də EIA orta gündəlik hasilatı 0,57 milyon barel
nəzərdə tutaraq proqnozunu dəyişməz saxlayıb. Birinci və ikinci
rüblərdə bu göstərici sutkada 0,57 milyon barel, ilin ikinci
yarısında isə cüzi azalma ilə sutkada 0,56 milyon barel
səviyyəsində proqnozlaşdırılır.
2024-cü ilin yanvar-iyun ayları üzrə əməliyyat məlumatlarına
əsasən, neft hasilatının ümumi həcmi kondensat da daxil olmaqla
13,7 milyon ton təşkil edib. Bunlardan 8 milyon tonu
“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının, 1,9 milyon tonu
“Şahdəniz”in, 0,3 milyon tonu isə “Abşeron”un payına düşüb.
SOCAR-ın hasilatı kondensat da daxil olmaqla 3,5 milyon ton təşkil
edib.
2024-cü ilin birinci yarısında neft, o cümlədən kondensat ixracı
11,6 milyon tona çatıb ki, bunun da 9,9 milyon tonu AÇG
konsorsiumunun, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron”un payına düşüb.