Cari ilin ilk yarısında Türkiyənin Azərbaycana ixracının həcmi 1,4 milyard dolları keçib

İqtisadiyyat

Bakı. Trend:

Cari ilin birinci yarısında Türkiyənin Azərbaycana ixracının
həcmi 1 milyard 417 milyon 850 min dollara çatıb.

Bu barədə Trend
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadla xəbər
verir.

TÜİK-in məlumatına görə, Türkiyə məhsullarının Azərbaycana
tədarük həcmi türk dövlətləri arasında Qazaxıstandan sonra ikinci
yerdədir (1,51 milyard dollar).




Ümumilikdə, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyə
Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstana
5,1 milyard dollara qədər mal və məhsul ixrac edib.

Türkiyənin Özbəkistana ixracı ilin birinci yarısında 931 milyon
dolları, Qırğızıstana 639 milyon dolları, Türkmənistana 595 milyon
dolları keçib.

2025-ci ilin yanvar-iyun aylarında türk dövlətlərindən Türkiyəyə
idxalın həcmi isə 4 milyard 3 milyon dollar təşkil edib.