Gəncədə “PAŞA Bank”ın “Bilik səfəri” regional inkişaf layihəsinə qeydiyyat davam edir

İqtisadiyyat

Bakı. Trend:

Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank” Gəncə şəhərində
həyata keçirəcəyi “Bilik səfəri” regional inkişaf layihəsinə
iştirakçı qeydiyyatını davam etdirir.

Bankın korporativ sosial məsuliyyət proqramı çərçivəsində
reallaşdırılan bu regional inkişaf təşəbbüsü müasir əmək bazarının
tələbi olan sahələr üzrə yeni mütəxəssislər yetişdirməyi
hədəfləyir. Layihə ilkin olaraq Gəncədə baş tutacaq. Proqrama
əsasən, 70 nəfər informasiya texnologiyaları və əlaqə mərkəzi
sahələri üzrə təlim proqramına qoşulacaq. Təlimlərdə bakalavr
təhsilinin son ilində olan tələbələr və məzunlar, magistr
tələbələri, eləcə də artıq püxtələşmiş və 10 ilə qədər iş
təcrübəsinə malik şəxslər iştirak edə biləcək.

Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən xüsusi tədris
proqramları və intensiv təlim sessiyaları təşkil ediləcək.
Ümumilikdə 3 ay davam edəcək proqram iştirakçıların əmək bazarında
tələb olunan bilik və bacarıqlarını inkişaf etdirəcək.




Maraqlanan şəxslər “PAŞA Bank”ın rəsmi platformalarında
yerləşdirilən link vasitəsilə qeydiyyatdan keçər bilərlər:

“Bilik səfəri” layihəsi üzrə müraciətlərin qəbulu 25 avqust
2025-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, “PAŞA Bank” fəaliyyətə başladığı ilk gündən ölkədə
insan kapitalının inkişafını, peşəkar biliklərin paylaşılmasını və
regional potensialın gücləndirilməsini hədəfləyən onlarla uğurlu
layihə həyata keçirib. Bank bu istiqamətdə uzunmüddətli
strategiyasına sadiq qalaraq gələcəkdə də bir çox gəncin təhsil və
karyera imkanlarını genişləndirəcək proqramlar keçirməyi davam
etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir