Ötən il üzrə büdcə planlarının icrasına dair monitorinqin nəticələri açıqlandı

İqtisadiyyat

Bakı.Trend:

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən
Ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı
büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda
büdcə planlarının icrasına dair 2024-cü il üzrə nəticələr
açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, monitorinq nəticələri OMXÇ, proqram və nəticə
əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan
“Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi”
sektorlarını əhatə etməklə, qeyd olunan sektorlar üzrə strateji
hədəflərin və nəticə göstəricilərinin icra vəziyyəti, tədbirlərin
icrası üçün ayrılmış vəsaitlərin istifadəsi, onlar arasında
uyğunluğun təhlili, metodoloji tövsiyələr və digər məsələləri əks
etdirir.




Sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust
tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli
xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il
28 yanvar tarixli 49s nömrəli Sərəncamına əsasən hazırlanaraq dərc
olunur.

Monitorinqin nəticələri ilə aşağıdakı linkdə tanış ola
bilərsiniz:

https://www.maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/68a2ce087442d.pdf