Ötən il təhsil sektoru üzrə xərclərə proqnozdan az vəsait ayrılıb

İqtisadiyyat

Bakı. Trend:

Ötən ilin dövlət büdcəsində “Təhsil” sektoru üzrə 26 icraçı
təşkilat tərəfindən 10 proqram üzrə 102 tədbirin həyata keçirilməsi
üçün 4,5 milyard manat məbləğində vəsait (ötən illə müqayisədə
420,4 milyon manat və ya 10,2 faiz çox) proqnozlaşdırılmış, icraçı
təşkilatların sifarişləri əsasında 4,4 milyard manat və ya
proqnozda nəzərdə tutulduğundan 160,2 milyon manat məbləğində (3,5
faiz) az vəsait ayrılıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, icraçı təşkilatlar tərəfindən təqdim edilən
məlumatlara əsasən, ayrılan vəsaitdən 4,4 milyard manat istifadə
olunub.




Eyni zamanda, proqnozlaşdırılan vəsaitin 0,4 faizi (və ya 18,1
milyon manat) sektor üzrə bölüşdürülməmiş (blok) vəsait kimi
nəzərdə tutulmuş və 5,9 milyon manat istifadə olunub.

Sektor üzrə vəsaitin 91,8 faizi Azərbaycan Respublikasının Elm
və Təhsil Nazirliyi tərəfindən icra olunan tədbirlərin payına
düşüb.