
Bakı. Trend:
Bu ilin iyul ayında Bakının bütün rayonlarında torpaq
sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə
artıb.
Bu barədə Trend-ə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”
İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi
Səbail rayonunda qeydə alınıb. Belə ki, sözügedən rayonda bir sot
torpağın orta qiyməti 431 743 manat təşkil edib ki, bu da ötən ilin
eyni ayındakı göstərici ilə müqayisədə 29% çoxdur.
Paytaxtın Yasamal rayonunda da torpaq bazarında yüksək artım
müşahidə olunub. Bu rayonda iyulda torpağın orta qiyməti 206 620
manata bərabər olub (illik müqayisədə 26% çox).
Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək
göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 302 671 manat (+
14% ), Nəsimidə isə 298 028 manat (+ 21% ) təşkil edib.
Ötən ay bir sot torpağın orta qiyməti Xətai rayonunda 237 321
manat (+ 12%), Nizami rayonunda 65 233 manat (+ 19%), Binəqədi
rayonunda 55 830 manat (+ 14%), Sabunçu rayonunda 47 191 manat (+
10,8%), Xəzər rayonunda 26 570 manat (+ 12%), Suraxanı rayonunda 25
970 manat (+ 10%), Qaradağ rayonunda 15 213 manat (+ 7%), Pirallahı
rayonunda isə 9 266 manat (+ 8%) olub.
Beləliklə, rəqəmlərdən də göründüyü kimi 2025-ci ilin iyul
ayında Bakının bütün rayonlarında torpaq qiymətləri artıb.
Ümumilikdə, Bakıda torpaq bazarı son bir ildə davamlı qiymət
yüksəlişi göstərib, xüsusilə mərkəzi və prestijli rayonlarda daha
intensiv artım baş verib.
BAKI ŞƏHƏRİNİN RAYONLARI ÜZRƏ TORPAQ SAHƏSİ
QİYMƏTLƏRİNİN ÇƏKİLİ ORTA İLƏ DƏYİŞİLMƏSİ TRENDLƏRİNƏ DAİR
CƏDVƏL
Rayonlar |
Torpaq sahəsi 2024-cü il iyul ayı üzrə orta |
Torpaq sahəsi 2025-ci il iyul ayı üzrə orta |
Torpaq sahəsi 2024 İyul 2025 İyul Artım |
Nizami rayonu |
54915,0 |
65233,9 |
19% |
Binəqədi rayonu |
48858,6 |
55830,5 |
14% |
Yasamal rayonu |
164502,2 |
206620,4 |
26% |
Xətai rayonu |
211124,9 |
237321,9 |
12% |
Suraxanı rayonu |
23567,8 |
25970,6 |
10% |
Səbail rayonu |
335251,8 |
431743,5 |
29% |
Sabunçu rayonu |
42577,2 |
47191,5 |
10,8% |
Qaradağ rayonu |
14201,7 |
15213,8 |
7% |
Pirallahı rayonu |
8574,9 |
9266,3 |
8% |
Nəsimi rayonu |
247309,5 |
298028,6 |
21% |
Nərimanov rayonu |
266407,3 |
302671,5 |
14% |
Xəzər rayonu |
23763,8 |
26570,2 |
12% |