
Bakı. Trend:
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü
rolunu oynayır.
Trend xəbər verir ki, bu
barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Özbəkistan,
Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksək
səviyyəli görüşün iştirakçılarına müraciətində deyilir.
“Mən çox vacib hesab edirəm ki, bugünkü forumun əsas mövzusu
Mərkəzi Asiya və Cənubi Qafqazın qarşılıqlı əlaqəsi məsələləri və
bu iki ən böyük region ilə Avropa arasında tərəfdaşlıq
perspektivləridir.
Biz bunu konsolidasiya və əməkdaşlıq proseslərinin geniş vüsət
aldığı Mərkəzi Asiyanı dünyaya geniş şəkildə təqdim etmək,
regionlararası qarşılıqlı əlaqənin gücləndirilməsi, eləcə də
Özbəkistan və Azərbaycanın potensialından və imkanlarından daha
dolğun istifadə edilməsinə dair fikir mübadiləsi aparmaq üçün
unikal imkan kimi görürük”, – dövlət başçısı qeyd edib.
Bundan əlavə, Şavkat Mirziyoyev müraciətində vurğulamışdır ki,
son illər Özbəkistan-Azərbaycan münasibətləri qarşılıqlı etimad və
dəstək ruhunda fəal inkişaf edir. Bununla bağlı artıq Müttəfiqlik
Münasibətləri haqqında Müqavilə imzalanıb və Ali Dövlətlərarası
Şura fəaliyyətdədir.

