
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28
milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%
çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,
13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.