Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 19 ölkəyə 7,7
milyard ABŞ dolları dəyərində 14,5 milyon ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə
müqayisədə dəyər ifadəsində 1,6 milyard ABŞ dolları və ya 17%, həcm
ifadəsində isə 225,5 min ton və ya 1,5% azdır.
Hesabat dövründə Azərbaycandan İtaliyaya 4,2 milyard ABŞ dolları
dəyərində 8,4 milyon ton neft ixrac edilib. Bununla da İtaliya
Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Azərbaycanın bu ilin yanvar-iyul aylarında neft ixrac etdiyi
ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim
edirik: