AMB bu MMC-nin lisenziyasını dayandırıb

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Meta-Kapital” MMC-nin
lisenziyanın qüvvəsini 1 ay müddətinə dayandırıb.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.




“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
“Meta-Kapital” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində
verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta
mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta
mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi
fəaliyyətinə nəzarət Qaydası”nın 3.7-ci, 4.10-cu, 5.2-ci, 6.6-cı və
6.7-ci bəndlərinin tələblərinin pozulması, 3.6-cı, 4.7-ci və 6.5-ci
bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları
müəyyən edilmişdir. Aşkar olunmuş pozuntu hallarının aradan
qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının
tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi
haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və
13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə
valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Meta-Kapital”
MMC-yə verilmiş 13.05.2022-ci il tarixli, VMF-05 nömrəli
lisenziyanın qüvvəsi 18.08.2025-ci il tarixindən 1 (bir) ay
müddətinə dayandırılıb”, – məlumatda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir