
Bakı. Trend:
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 14,4 milyard
kubmetr qaz halında təbii qaz ixrac edilib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda qaz ixracından əldə olunan gəlir 5,3
milyard ABŞ dolları olub.
Qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə
625,1 milyon kubmetr və ya 4,5%, dəyər ifadəsi ilə 513,3 milyon ABŞ
dolları, yaxud da 10,8% artıb.
Qaz ixracı 2025-ci ilin ilk yeddi ayının ixracına nisbətən
34,60% təşkil edib.