Azərbaycan neft koksu və neft bitumu ixracından gəlirlərini artırıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 34,9 milyon ABŞ
dolları dəyərində 112,5 min ton neft koksu ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 22,9 milyon ABŞ dolları və ya 2,9 dəfə
çox, həcm ifadəsində isə 29,6 min ton və ya 20,8% azdır.




Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi
ixracında 0,23% paya malik olub.

Eyni zamanda cari ilin yanvar-iyul aylarında Azərbaycandan 1,1
milyon ABŞ dolları dəyərində 4,1 min ton neft bitumu ixrac edilib
ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində
947 ton və ya 8,6 dəfə, həcm ifadəsində isə 3,4 min ton və ya 6
dəfə çoxdur.

Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi
ixracında 0,01% paya malik olub.