ƏƏSMN-ə yanvar-iyul aylarında müraciətlərin sayı açıqlandı

İqtisadiyyat

Bakı.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət
sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin
yanvar-iyul aylarında 14,6 milyon müraciət edilib.

Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.

Bildirilib ki, ölkənin sosial reyestri olan “e-sosial”
portalından həmin dövrdə 9,3 milyon dəfə istifadə olunub, 156,3 min
təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata
keçirilib.




Qeyd edilib ki, son illərdə sosial sahədə icra olunan geniş
elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin 159
xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 60
proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial”
portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

“Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları
ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da
daxil olmaqla, cari ilin 7 ayı ərzində Nazirliyin e-sistemləri
üzərindən sorğu, müraciət və xidmət sayı 299 milyon olub”-məlumatda
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir