
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 4,424
milyard ABŞ dolları dəyərində 8,431 milyon ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 824 milyon ABŞ dolları və ya 22,9%,
həcm ifadəsində isə 2,759 milyon ton və ya 48,6% çoxdur.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan İtaliyaya
3,600 milyard ABŞ dolları dəyərində 5,671 milyon ton bitumlu
süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
edilmişdi.
Dövr ərzində İtaliya Azərbaycanın ən çox neft ixrac etdiyi
ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28
milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,
13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.