
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı
vasitələri ilə 1,3 milyard ABŞ dolları dəyərində 1,4 milyon ton yük
daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə
nisbətən dəyər ifadəsində 50,5 milyon ABŞ dolları və ya 3,7%, həcm
ifadəsində isə 311,5 min ton və ya 18,5% azdır.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan
64 milyon ABŞ dolları dəyərində 112 min ton yük ixrac edilib ki, bu
da illik müqayisədə dəyər baxımından 3,4 milyon ABŞ dolları və ya
5,1% azalma, həcm ifadəsində isə 65,6 min ton və ya 2,2 dəfə artım
deməkdir.
Eyni zamanda, dövr ərzində dəniz nəqliyyatı vasitəsilə
Azərbaycana 1,3 milyard ABŞ dolları dəyərində 1,3 milyon ton yük
idxal edilib. Bu isə 2024-cü ilin ilk 7 ayındakı göstəriciyə
nisbətən dəyər ifadəsində 47,1 milyon ABŞ dolları və ya 3,6%, həcm
baxımıdan isə 377,1 min ton və ya 23% azdır.