
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın
182 ölkəsindən 1477,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs
gəlmişdir. Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faizi
Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə
Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faizi
Pakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz olmaqla İsrail və
Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi
Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla
Belarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları
olmuşdur. Gələnlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar
təşkil etmişdir.
Bu barədə Trend Dövlət Staistika Komitəsinə istinadən məlumat
verir.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan
gələnlərin sayı 1,9 dəfə, İsraildən – 1,7 dəfə, Çindən – 1,6 dəfə,
Yaponiyadan – 42,9 faiz, Qırğızıstandan – 36,0 faiz, İordaniyadan –
28,7 faiz, Qazaxıstandan – 20,6 faiz, Özbəkistandan -19,8 faiz,
Niderlanddan -16,3 faiz, Pakistandan – 16,1 faiz, Kanadadan – 15,8
faiz, ABŞ-dan – 15,6 faiz, Almaniyadan -13,2 faiz, İtaliyadan –
10,9 faiz, Cənubi Koreyadan – 10,8 faiz artmışdır.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq
61,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3 faiz
azalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,0 faiz
azalaraq 522,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı
isə 4,1 faiz artaraq 656,8 min nəfər təşkil etmişdir.
“Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5
faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz
nəqliyyatından istifadə etmişdir.
2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə
gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,8 faiz
azalaraq 1188,9 min nəfər olmuşdur. İrana gedən Azərbaycan
Respublikası vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərin
sayı 25,9 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiya
Federasiyasına gedənlərin sayı isə 28,5 faiz azalmışdır. Azərbaycan
Respublikası vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi
Rusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6
faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,7 faizini
kişilər, 35,3 faizini qadınlar təşkil etmişdir”,- məlumatda qeyd
olunub.
Belə ki, 2025-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə
səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava,
28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz
nəqliyyatından istifadə etmişdir.

