Cari il üzrə dövlət büdcəsinin xərcləri proqnozlaşdırılıb

İqtisadiyyat

Bakı. Trend:

Bu il dövlət büdcəsinin xərcləri 40,7 milyard manat səviyyəsində
olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən
1,7 faiz azdır.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Ümumilikdə 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərinin
strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 59,8 faizi
həcmində və ya 24,3 milyard manat (təsdiq olunmuş göstəriciyə
nisbətən 407,2 milyon manat vəya 1,6 faiz az), əsaslı xərclərə
ümumi xərclərin 34,3 faizi həcmində və ya 13,9 milyard manat
(təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2
faiz az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin
5,9 faizi həcmində və ya 2,4 milyard manat (təsdiq olunmuş
göstərici səviyyəsində) vəsait yönəldiləcək.




Müvafiq olaraq dövlət büdcəsinin tərkibindəcari xərclərin xüsusi
çəkisi eyni olacağı, əsaslı xərclərin xüsusi çəkisi 0,1 faiz-bənd
azalacağı, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi
isə 0,1 faiz-bənd artması gözlənilir. 2025-ci ilin dövlət
büdcəsində dövlət borcuna xidmət xərcləri üzrə 2.4 milyard manat
məbləğində, o cümlədən xarici dövlət borcu üzrə 1.4 milyard manat,
daxili dövlət borcu üzrə isə 958,0 milyon manat məbləğində vəsait
nəzərdə tutulub.

Gözlənilən 2025-ci il dövlət büdcəsinin xərcləri funksional
təsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləri
təsdiq olunmuş 4,751 milyard manata qarşı 4,704 milyard manat və ya
47,5 milyon manat (1,0 faiz) az, ətraf mühitin mühafizəsi xərcləri
təsdiq olunmuş 414.2 milyon manata qarşı 410.1 milyon manat və ya
4,1 milyon manat (1,0 faiz), mədəniyyət, incəsənət, informasiya,
bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər
fəaliyyət xərcləri təsdiq olunmuş 621.8 milyon manata qarşı 615.6
milyon manat vəya 6,2 milyon manat (1,0 faiz), iqtisadi fəaliyyət
(dövlət əsaslı və sait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması, bərpası vədigər xərclər) xərcləri təsdiq olunmuş
8,377 milyard manata qarşı 8,210 milyard manat və ya 167,6 milyon
manat (2,0faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq
olunmuş 8,396 milyard manata qarşı 8,245 milyard manat və ya 151,1
milyon manat (1,8 faiz),məhkəmə hakimiyyəti, hüquq mühafizə və
prokurorluq xərcləri təsdiq olunmuş 3,192 milyard manata qarşı
3,144 milyard manat və ya 47,9 milyon manat (1,5 faiz), kənd
təsərrüfatı xərcləri təsdiq olunmuş 1,203 milyard manata qarşı
1,179 milyard manat və ya 24,1 milyon manat (2,0 faiz), təhsil
xərcləri təsdiq olunmuş 4,937 milyard manata qarşı 4,838 milyard
manat vəya 98,7 milyon manat (2,0 faiz), ümumi dövlət xidmətləri
(qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər,
xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət
borcu) xərcləri təsdiq olunmuş 5,261 milyard manata qarşı 5,179
milyard manat və ya 81,8 milyon manat (1,6 faiz), səhiyyə xərcləri
təsdiq olunmuş 1,993 milyard manata qarşı 1,969 milyard manat və ya
23,9 milyon manat (1,2 faiz), mənzil və kommunal təsərrüfatı
xərcləri təsdiq olunmuş 369,9 milyon manata qarşı 361,4 milyon
manat və ya 8,5 milyon manat (2,3 faiz), əsas bölmələrə aid
edilməyən xidmətlər üzrəxərclər isətəsdiq olunmuş 1,887 milyard
manata qarşı 1,829 milyard manat və ya 58,5 milyon manat (3,1 faiz)
az olacağı proqnozlaşdırılır.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir