Azərbaycanda yeddi ayda hava nəqliyyatı yükdaşımaların dəyəri 2 dəfədən çox artıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı
vasitələri ilə 4,9 milyard ABŞ dolları dəyərində 9 min ton yük
daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə
nisbətən dəyər ifadəsində 2,7 milyard ABŞ dolları və ya 2,2 dəfə
çox, həcm ifadəsində isə 62,3 min ton və ya 7,9 dəfə azdır.




Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan
221,2 milyon ABŞ dolları dəyərində 1,6 min ton yük ixrac edilib ki,
bu da illik müqayisədə dəyər baxımından 41,8 milyon ABŞ dolları və
ya 23,3% çox, həcm ifadəsində isə 62,3 min ton və ya 40,9 dəfə
azalma deməkdir.

Eyni zamanda, dövr ərzində hava nəqliyyatı vasitəsilə
Azərbaycana 4,7 milyard ABŞ dolları dəyərində 7,4 min ton yük idxal
edilib. Bu isə 2024-cü ilin ilk 7 ayındakı göstəriciyə nisbətən
dəyər ifadəsində 2,6 milyard ABŞ dolları və ya 2,3 dəfə, həcm
baxımıdan isə 24 ton və ya 0,3% çoxdur.