Regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat günü keçirilir

İqtisadiyyat

Bakı. Trend:

Regionlarda həyata keçirilən innovasiya proqramının yekun
təqdimat günü keçirilir.

Trend xəbər
verir ki, tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin
(İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov, rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Samir Məmmədov və Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci
müavini Samir Hümbətov iştirak edirlər.




Proqram çərçivəsində maarifləndirmə tədbirləri, hakatonlar,
inkubasiya proqramları həyata keçirilib və regionlarda 35 yeni
innovativ layihə dəstəklənib. Bu tədbirdə də layihənin yekun
nəticələrinin təqdimatı və 50 000 AZN mükafat fondunun təqdim
olunması baş tutacaq.

Xəbər yenilənəcək