
Bakı. Trend:
Yaxın gələcəkdə Gəncə və Naxçıvanda da innovativ düşüncəli
gəncləri bir araya gətirəcək mərkəzlərin açılması
planlaşdırılır.
Trend xəbər
verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)
İdarə Heyətinin sədri Fərid Osmanov regionlarda həyata keçirilən
innovasiya proqramının yekun təqdimat günündə deyib.
O bildirib ki, regional innovtorlar artıq bu mərkəzlərdə öz
ideyalarını və layihələrini ekspertlər, investorlar və digər
ekosistem oyunçuları ilə müzakirə edə biləcək, inkişaf üçün doğru
istiqamət alacaqlar:
“İnnostart proqramında iştirak edən hər startap, yetişən hər
mentor, əminəm ki, ölkəmizin müxtəlif bölgələrində innovativ
iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək. Biz İRİA
olaraq daim sizinləyik, yeni təşəbbüslərinizin davamlı inkişafına
dəstək göstərməyə hazırıq”.