Azərbaycanda milli məkan standartları qəbul edilib

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO
19107:2025 “Coğrafi informasiya — Məkan sxemi”, AZS ISO 19110:2025
“Coğrafi informasiya Kataloqlaşdırma xüsusiyyəti üçün
metodologiya”, AZS ISO 19111:2025 “Coğrafi informasiya —
Koordinatlar üzrə istinad”, AZS ISO 19115-1:2025 “Coğrafi
informasiya – Metaməlumatlar – Hissə 1 – Baza məlumatları”, AZS ISO
19143:2025 “Coğrafi informasiya — Filtr kodlaşdırması” yeni dövlət
standartları qəbul edilib.

Bu barədə Trend Azərbaycan Standartlaşdırma İnstitutuna
(AZSTAND) istinadən xəbər verir.

Sözügedən dövlət standartları coğrafi məlumatların toplanması,
saxlanması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi,
vizuallaşdırılması, kodlaşdırılması və təqdim olunması, eləcə də
zamanla əlaqəli dəyişikliklərin izlənilməsi prosesləri haqqında
qaydaları müəyyən edir.




Yeni dövlət standartlarının tətbiqi ilə müxtəlif qurumlar
arasında məlumatların vahid texniki platforma üzərindən istifadəsi,
məkan məlumatlarına şəffaf və asan çıxış, habelə rəqəmsal hökumət
və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsi
imkanları genişlənəcək.

Qeyd edək ki, yeni dövlət standartları
“İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05)
standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və
İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ
sənədlərin Dövlət Fonduna daxil edilib.