İndiyədək KOBİA tərəfindən 2,2 milyon manat həcmində qrant layihələr maliyyələşdirilib

İqtisadiyyat

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
bugünədək 220 “Startap” şəhadətnaməsi verilib.

Trend xəbər
verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə
Heyəti sədrinin birinci müavini Samir Hümbətov regionlarda həyata
keçirilən innovasiya proqramının yekun təqdimat günündə deyib.

O bildirib ki, həmin şəhadətnamələr verilən zaman tam ədalətli
və şəffaf şəkildə onların qiymətləndirilməsi aparılır:




“Bununla yanaşı, indiyədək KOBİA tərəfindən 2,2 milyon manat
həcmində qrant layihələri maliyyələşdirilib. Bunların 20-dən çoxu
sırf rəqəmsallaşma ilə bağlıdır”.

“Hazırda dünyada 150 milyondan çox startapın fəaliyyət
göstərməsinə, eləcə də təkcə 2025-ci ilin 1-ci rübündə məhz
startaplara yatırılan investisiyaların 113 milyard dollar həcminə
baxsaq, görərik ki, hazırda bütün dünya bu istiqamətə nə dərəcədə
önəm verir.

Hazırda vençur kapitalının maliyyələşdirilməsinin 53%-dən
çoxunun innovativ layihələrə yönləndirilməsi də onu deməyə əsas
verir ki, artıq bütün dünya bu sektorun maliyyələşdirilməsinə
xüsusi diqqət yetirir”, – deyə S.Hümmətov qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir