
Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
bugünədək 220 “Startap” şəhadətnaməsi verilib.
Trend xəbər
verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə
Heyəti sədrinin birinci müavini Samir Hümbətov regionlarda həyata
keçirilən innovasiya proqramının yekun təqdimat günündə deyib.
O bildirib ki, həmin şəhadətnamələr verilən zaman tam ədalətli
və şəffaf şəkildə onların qiymətləndirilməsi aparılır:
“Bununla yanaşı, indiyədək KOBİA tərəfindən sahibkarların
təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələri 2,2
milyon manat həcmində maliyyələşdirilib. Bunların 20-dən çoxu
rəqəmsallaşma ilə bağlıdır”.
“Hazırda dünyada 150 milyondan çox startapın fəaliyyət
göstərməsinə, eləcə də təkcə 2025-ci ilin 1-ci rübündə məhz
startaplara yatırılan investisiyaların 113 milyard dollar həcminə
baxsaq, görərik ki, hazırda bütün dünya bu istiqamətə nə dərəcədə
önəm verir. 2025-ci ilin ilk yarısında süni intelekt startapları
dünya üzrə bütün vençur kapitalı üzrə sərmayələrin 53%-ni əldə
edib”, – deyə S. Hümmətov qeyd edib.