
Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 102,4 min ton
polad boru istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42
min ton və ya 1,7 dəfə çoxdur.
Bu ilin avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 2,5 min
ton təşkil edib.
Qeyd edək ki, metallurgiya sənayesi və hazır metal
məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul
aylarında 705,5 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının
istehsalı sahəsində 10,4%, metallurgiya sənayesi məhsullarının
istehsalında isə 12% azalma müşahidə olunub.