Azərbaycanın humanitar yük idxalı və ixracı yarıbayarı azalıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 23,8 milyon ABŞ
dolları dəyərində humanitar yük, təmənnasız kömək, texniki yardım
və hədiyyə idxal edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 28,9 milyon ABŞ dolları və ya 54,9% azdır.




Hesabat dövründə sözügedən məhsulların idxalda xüsusi çəkisi
0,17% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan
1,553 milyon ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək,
texniki yardım və hədiyyə ixrac edilib ki, bu da ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya
51,9% azdır.

Hesabat dövründə sözügedən məhsulların ixracda xüsusi çəkisi
0,01% təşkil edib.