
Bakı. Trend:
Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Daşbulaq və Badara yaşayış
məntəqələrinin xarici və daxili elektrik təchizatının təmin
olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsinə
və KTM-lərin quraşdırılmasına başlanılır.
Trend-in
məlumatına görə, sözügedən işlər Xocavənd, Ağdərə və Xocalı
rayonlarında yaşayış məntəqələrinin xarici elektrik təchizatının
təmin olunması çərçivəsində həyata keçirilir.
Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) qeyd olunan
işlərin icrasını “19 Saylı Tikinti Təmir İdarəsi” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 2 786 950 manat ödənilib.
İşlərin həvalə olunduğu “19 Saylı Tikinti Təmir İdarəsi” MMC
2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 890 min
manat olan MMC-nin qanuni təmsilçisi Aslanov Loğman Fərəc
oğludur.

