Azərbaycana qara metal idxalı azaldı, ixrac isə artdı

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 551,9 min ton qara
metal və ondan hazırlanan məmulatlar idxal edilib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda metalın
idxalına çəkilən xərcin həcmi 627,8 milyon ABŞ dolları təşkil
edib.

Qara metal və ondan hazırlanan məmulatların idxalı ötən ilin
eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 42 min ton və ya 7,1%,
dəyər ifadəsi ilə 52,2 milyon ABŞ dolları, yaxud da 7,7%
azalıb.




Qeyd edək ki, ötən ay idxal olunan qara metal və ondan
hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 4,61% təşkil
edib.

Eyni zamanda 2025-ci ilin ilk yeddi ayında Azərbaycandan 53,8
milyon ABŞ dolları dəyərində 51,5 min ton qara metal və ondan
hazırlanan məmulatlar ixrac edilib. Bu isə ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 8,6 milyon ABŞ
dolları və ya 19,1%, həcm baxımından isə 5,5 min ton və yaxud 11,9%
artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir