Azərbaycanda yaşayış evləri bahalaşıb – RƏSMİ

İqtisadiyyat

Bakı. Trend:

Azərbaycanda 2025-ci ilin II rübündə tikinti-quraşdırma
işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin I rübü ilə
müqayisədə 100,2 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,1
faiz, yol və körpü tikintisi üzrə isə 100,5 faiz təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.




Məlumata görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə
2025-ci ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi isə
101,1 faizə bərabər olub.

Digər tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymət
indekslərini təqdim edirik:

2025-ci ilin II rübü 2025-ci ilin I rübünə nisbətən, faizlə

2025-ci ilin II rübü 2024-cü ilin II rübünə nisbətən, faizlə

2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun
aylarına nisbətən, faizlə

Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi-cəmi

100,2

101,5

101,6

Yerüstü tikililər üzrə qiymət indeksi

100,1

101,3

101,3

yaşayış evləri üzrə qiymət indeksi

100,0

101,0

101,1

5 mərtəbəyə qədər yaşayış evləri

100,1

101,2

101,4

6 və daha çoxmərtəbəli yaşayış evləri

100,0

100,9

101,1

sosial təyinatlı binalar üzrə qiymət indeksi

100,1

101,1

101,2

inzibati tikililər

100,3

101,5

101,7

ümumtəhsil məktəbləri

100,0

101,1

101,1

istehsal təyinatlı obyektlər üzrə qiymət indeksi

100,6

103,3

102,9

sənaye obyektləri

100,6

103,3

102,9

Yol və körpü tikintisi üzrə qiymət indeksi

100,5

103,0

102,8

yol tikintisi

100,6

103,3

103,0

körpü tikintisi

99,7

101,0

101,5