Yeddi ayda Böyük Britaniya Azərbaycandan 459 milyon tondan çox neft alıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Böyük Britaniyaya
212,8 milyon ABŞ dolları dəyərində 459,7 milyon ton bitumlu
süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
olunub.

Bu barədə Trend
Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 178,1 milyon ABŞ dolları və ya 45,6%
azdır, həcm ifadəsində isə 190,4 milyon ton və ya 29,3% çoxdur.




Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan Böyük
Britaniyaya 390,9 milyon ABŞ dolları dəyərində 650,1 milyon ton
bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
edilmişdi.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28
milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,
13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik
ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb. Yekunda xarici
ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da
illik müqayisədə 3,3 dəfə azalma deməkdir.