
Bakı. Trend:
Kapital Bank Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası
çərçivəsində yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi, təqaüd
dövrünün maraqlı və fəal keçməsi məqsədilə “Üçüncü Bahar” İctimai
Birliyinin “YAŞA” Mərkəzlərinə dəstək göstərməyə davam edir. Bankın
dəstəyi ilə mərkəzdə təqaüdçülərin maliyyə savadlılığının
artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Əməkdaşlıq çərçivəsində cari ilin iyul ayı ərzində Bakı,
Mingəçevir və Şamaxı şəhərlərində yaşayan təqaüdçülər üçün bir sıra
təlimlər və məşğələlər təşkil olunub. Bank əməkdaşlarının
mentorluğu ilə keçirilən təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə,
hüquq və informasiya təhlükəsizliyi mövzularında vacib bacarıqlar
öyrədilib.
Qeyd edək ki, 2016-cı ildən etibarən “Üçüncü Bahar” İctimai
Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihədə ötən
dövr ərzində 45 000 nəfərdən çox təqaüdçü müxtəlif təlimlərə cəlb
olunub. Yaşlı nəslin cəmiyyətə daha fəal inteqrasiyasını təmin
etmək məqsədi daşıyan layihə təqaüdçülərin yeni bacarıqlar əldə
etmələrini, asudə vaxtlarını səmərəli keçirmələrini və sosial
fəaliyyətlərdə iştirak etmələrini təmin edən vacib platformadır.
Mərkəzlərdə keçirilən yaradıcılıq fəaliyyətləri, maliyyə
savadlılığı, kompüter və dil kursları, sağlam həyat tərzi
təlimləri, idman və yoqa məşğələləri, eyni zamanda sosial
sahibkarlıq sahəsindəki təlimlər yaşlı nəslin cəmiyyətə inteqrasiya
edilməsində vacib əhəmiyyət daşıyır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.