
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Çindən Azərbaycana 11,2 milyon ABŞ
dolları dəyərində 415 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə
gətirilən nəqliyyat vasitələri ixrac edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
dəyər ifadəsində 35,5 milyon ABŞ dolları və ya 4,2 dəfə, həcm
baxımından isə 798 ədəd və ya 2,9 dəfə azdır.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Çindən Azərbaycana
31,6 milyon ABŞ dolları dəyərində təqribən 929 ədəd yalnız elektrik
mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri ixrac
edilmişdi.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycana 14 ölkədən
62,2 milyon ABŞ dolları dəyərində 1505 ədəd yalnız elektrik
mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.
Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində
30,6 milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 576 ədəd
və yaxud 1,6 dəfə azdır.