Azərbaycanda dizel yanacağı istehsalı 4%-ə yaxın artıb

İqtisadiyyat

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1,4 milyon ton
qazoyllar (dizel yanacağı) istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 52,5 min ton və ya 3,9% çoxdur.




Belə ki, ötən ilin yanvar-iyul aylarında ölkədə 1,3 milyon ton
qazoyllar (dizel yanacağı) istehsal olunmuşdu.

Bu ilin avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 143,9 min
ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda neft məhsullarının istehsalı
sahəsində istehsalın ümumi dəyəri 3,1 milyard manat olmaqla,
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.