
Bakı. Trend:
“DTI Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə
kapitalı azaldılır.
Trend-in
məlumatına görə, bu barədə şirkət özü elan edib.
“MMC-nin nizamnamə kapitalı 50 000 AZN-dən 100 AZN-ə endirilir”,
– məlumatda bildirilib.
Sözügedən MMC bu ilin yanvarında dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi Krivonos Evgeni adlı şəxsdir.

