
Bakı. Trend:
Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı növbəti mərhəldə
işlərə start verilir.
Trend-in
məlumatına görə, tikinti işləri şəhərin 5-ci yaşayış massivi,
məhəllə O-139 üzrə aparılacaq.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını “Diler İnşaat” Qapalı
Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 7 818 565 manat ödənilib.