Dünya bazarlarında neftin qiyməti rekord həddə çatıb.
“Brent” markalı neftin qiyməti bir barel üçün 130 dollar həddini keçərək 2012-ci ildəki 128 dollar göstəricisini ötüb. Belə ki, Bakı vaxtı ilə 03:06-da “Brent” markalı neftin qiyməti təxminən 130,3 dollara çatıb. Maksimal qiymət 130,89 dollar olub.
Ümumilikdə isə “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq 129,06 dollar/barelə bərabər olub. WTI (“Qərbi Texas”) markalı neftin aprel fyuçersləri isə 9,68% artaraq 126,12 dollar təşkil edib.