Dünyanın əsas taxıl istehsalçıları – Rusiya ilk sırada deyil

İqtisadiyyat

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rusiya-Ukrayna müharibəsinin təsiri ilə dünyada ərzaq qıtlığının yaşanacağı haqqında iddialara uyğun paylaşım edib.

Deputatın yaydığı statistikada dünyanın buğda istehsal edən ölkələrinin 2021-ci ildəki istehsal həcmləri qeyd edilib.

Statistikaya görə, düşünülənin əksinə Rusiya dünyanın buğda istehsalı ilə məşğul olan ölkələri sırasında ilk deyil. Belə ki, 2021-ci ildə ən çox buğda istehsalı 134 milyon 300 min ton olmaqla Çinin payına düşür. 98 milyon 500 min ton buğda istehsalı həcmi ilə Hindistan dünyada ikinci, 85 milyon 900 min ton istehsal həcmi göstərən Rusiya isə üçüncü sırada qərarlaşıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir